Hillari Klinton Demokrat partiyasından prezidentliyə namizəd olmaq üçün yetərli səs toplayıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, sabiq dövlət katibi 2383 partiya nümayəndəsinin səsini qazana bilib.
Demokrat partiyasından olan digər namizəd Berni Sandersi 1567 nümayəndə dəstəkləyib.
Beləliklə, iyulun 26-28-də Filadelfiyada keçiriləcək qurultayda Hillari Klintonun namizədliyi Demokrat partiyası tərəfindən rəsmən irəli sürüləcək.