Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqland

Heydər Əliyev Mərkəzinin loqosu, korporativ rəngi və şüarı açıqlandı. Mərkəzdən Trend-ə daxil olan məlumata görə, Heydər Əliyev Mərkəzinin loqosunun rəngi – gümüşü rəng özündə bütün maneələri aşmağı, hədəfə doğru addımları ehtiva edir. Gümüşü rəng liderlik, mübarizə, dinamika, müdriklik, şəffaflıq, inkişaf və innovasiya rəmzidir.

Loqonun xətləri Heydər Əliyev Mərkəzinin binasının anlamı ilə həmahənglik yaradaraq Azərbaycanın regionda liderliyini, beynəlxalq aləmdəki birincilik uğrunda hədəflərini, ölkədəki dinamik inkişafı və aydın sabahı, keçmişin ənənələrini, vətənə, xalqa bağlılığı yaşatmaq kimi dəyərlərlə gələcəyə addımlarını xarakterizə edir.

Heydər Əliyev Mərkəzinin loqosu Mərkəzin üzərinə qoyulmuş vəzifələrin rəmzi təsviri olmaqla, milli və bəşəri dəyərlərin, dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi şüarını da tərənnüm edir.
Bu şüar isə “GƏLƏCƏYƏ DƏYƏRLƏRLƏ”dir.

Məlumatda qeyd olunub ki, bu gün Azərbaycan regionun ən dinamik inkişaf edən ölkəsidir. Bununla yanaşı, müasir Azərbaycan artıq regional müstəvidən çıxaraq beynəlxalq aləmdə yürütdüyü siyasəti, iqtisadi inkişafı və ölkədəki islahatları ilə seçilir. Etibarlı tərəfdaş olan Azərbaycan qəbul edilmiş proqramlar, icra edilmiş layihələrlə uğurlu inkişafı təmin edir.

Azərbaycan keçmişinə bağlı, gələcəyə inamla addımlayan müasir və qüdrətli ölkədir. Ölkə gələcəyə dinamik inkişaf yolundadır. Ümummilli lider Heydər Əliyevlə başlayan bu yol bu gün də davam edir.

Qarşıda bir məqsəd var – Azərbaycanı daha da inkişaf etmiş ölkəyə çevirmək və Azərbaycanı dünyada geniş miqyasda tanıtmaq.

Azərbaycan dəyərlərə sahib olan ölkədir. Milli-mənəvi sərvətə, tariximizə, adət-ənənələrimizə, insan faktoruna, vətəndaşa dəyər dövlətin əsas prioritetidir. Bu gün Azərbaycan həm də innovativ texnologiyaların tətbiqi və müasir dünyaya inteqrasiyası ilə seçilir.

Müasir Azərbaycan dünyada ümummilli lider Heydər Əliyevlə tanındı. Təsadüfi deyil ki, bu gün onun adını daşıyan mərkəz – Heydər Əliyev Mərkəzi də müasir Azərbaycanın, müasir Bakının rəmzinə çevrilib. Heydər Əliyev Mərkəzinin binası bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını, eləcə də ümummilli lider Heydər Əliyevin Azərbaycana həsr olunmuş ömrünü, dövlət və xalqı nurlu gələcəyə doğru aparan siyasətini simvolizə edir.

Heydər Əliyev Mərkəzinin simvolu-loqosu da məhz bu ideyadan yarandı. Mərkəzin loqosu da Azərbaycanın keçmişdən gələcəyə doğru baxışlarını, Azərbaycandakı tərəqqini simvolizə edir.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO