HERKEL LİDERLƏR VƏ PREZİDENTLİYƏ NAMİZƏDLƏRLƏ GÖRÜŞDÜ

Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı qiymətləndirmə missiyasının rəhbəri Andres Herkel Müsavat Partiyası, “Azərbaycan Naminə” İctimai Forum və “Azadlıq” blokuna daxil olan partiyaların liderləri ilə görüşüb.
“Azərbaycan Naminə” İctimai Forumun prezidenti Eldar Namazovun APA-ya verdiyi məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət və qarşıdan gələn prezident seçkiləri ilə bağlı müzakirələr aparılıb. A.Herkel müxalifətin seçkilərdə iştirak etməməsinin səbəbləri ilə maraqlanıb. E.Namazovun sözlərinə görə, görüşdə hər hansı yeni fikir səslənməyib. A.Herkel Avropa Şurasının prezident seçkiləri ilə bağlı Azərbaycanda həyata keçirəcəyi tədbirlərlə bağlı müxalifətçilərə məlumat verib.
A.Herkel prezidentliyə namizədlər – Qulamhüseyn Əlibəyli, BAXCP sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, BQP başqanı Fazil Qəzənfəroğlu, ALDP sədri Fuad Əliyev, MMP sədri Hafiz Hacıyevlə də ayrı-ayrılıqda görüşüb və eyni məsələlər ətrafında fikir mübadiləsi aparıb. Bu gün saat 13.00-da A.Herkelin rəhbərliyi ilə AŞ PA-ya daxil olan hər 5 siyasi qrupdan bir nəfər üzv olmaqla, 5 nəfərlik nümayəndə heyəti AŞ-nin Bakı ofisində mətbuat konfransı keçirəcək. Bunu “Turan”a AŞ PA-nın Bakı ofisindən bildiriblər.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO