Ukraynadakı böhran “Şərq tərəfdaşlığı”na zərər yetirir. Trend xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin müavini Helqa Şmidt çərşənbə axşamı Bakıda Aİ-nin “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan ölkələrin XİN rəhbərlərinin dördüncü qeyri-rəsmi görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
H.Şmidtin sözlərinə görə, Aİ hesab edir ki, Ukrayna məsələsində atəşkəsə əməl olunmalıdır.
Onun sözlərinə görə, burada Aİ-nin rolu çox mühümdür: “Şərq tərəfdaşlığı” ölkələrində dondurulmuş münaqişələr həll olunmalıdır.