Həlli yubanan münaqişələrin nizamlanması üzrə konkret və real addımlar ATƏT-in gündəliyində mühüm yer tutmalıdır. Təşkilat bundan sonra da ATƏT məkanındakı həlli yubanan münaqişələrin nizamlanmasında mühüm rol oynamalıdır. Trend-in məlumatına görə, bu barədə cümə günü ABŞ Dövlət Departamentinin saytında dərc olunmuş bəyanatda deyilir.
Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistanın XİN rəhbərləri Kiyevdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə dialoqu davam etdirmək üçün görüşüblər və ABŞ, Rusiya və Fransanın nümayəndə heyətlərinin rəhbərləri ilə birgə bəyanat veriblər. Həmin bəyanat ATƏT-in Nazirlər Şurası tərəfindən bəyənilib.
Bəyanatda deyilir ki, bu, münaqişənin dinc yolla nizamlanması üzrə irəliləyişə nail olunmasına ümumi sadiqlik işığında ümidverici amildir.