GUAM-ın saytına istinadən verilən xəbərə görə, görüşdə GUAM üzvü olan ölkələrin turizm administrasiyalarının, turizm operatorlarının və GUAM Katibliyinin nümayəndələri iştirak edib. İclas iştirakçıları Yaponiya KİV nümayəndələri üçün press-tur keçirilməsinə hazırlığın vəziyyətini müzakirə edərək, onun vaxtını və marşrutunu razılaşdırıblar.
İşçi qrupun növbəti iclası press-turdan öncə Kiyevdə GUAM Katibliyində keçiriləcək.