Gürcüstanın xarici işlər nazirinin keçmiş müavini Tornike Qordadze Avropa və avro-atlantik strukturları məsələləri üzrə dövlət naziri vəzifəsinə təyin edilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tornike Qordadze bu vəzifədə Georgi Baramidzeni əvəz edəcək. Baramidze Vahid Milli Hərəkat Partiyası tərəfindən Batumi şəhərində Gürcüstan parlamentinə deputatlığa namizəd göstərilib.
O deyib ki, NATO və AB-yə inteqrasiya həmişə Gürcüstanın xarici siyasətində prioritet olaraq qalacaq: “ AB və NATO-ya üzv olmaq hər bir Gürcüstan vətəndaşına konkret mənfəət gətirəcək. NATO-ya üzv olmaq təhlükəsizlik deməkdir, lakin təhlükəsizlik olmadan Gürcüstanın iqtisadi potensiyalı barədə düşünmək mümkün deyil. Təhlükəsizlik olarsa, ölkəyə böyük investisiya yatırılacaq və çoxlu iş yerləri yaranacaq. Eyni zamanda AB ilə azad ticarət və vizasız rejim yaratmaq prinsipial əhəmiyyət kəsb edir”.
Apa.az