Daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışmış polis general-mayoru Rasim Musayev DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsinə təyin olunub. Bu barədə Trend-in sorğusunu cavablandırarkən DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.
Nazirin digər əmri ilə DİN-in Daxili Tədqiqatlar İdarəsinin rəisi vəzifəsində çalışan polis polkovniki Möhübbət Hüseynov Lənkəran şəhər Polis Şöbəsinə rəis təyin olunub. Lənkəran şəhər Polis Şöbəsinə rəisi polis polkovniki Elxan Əliyev DİN-in sərəncamına götürülüb.
Qeyd edək ki, bir müddət öncə Rasim Musayev öz xahişi ilə Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsindən getmişdir.