Oktyabrın 15-16-da Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki Azərbaycan Respublikasında rəsmi səfərdə olacaqdır.
Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Riyad əl-Malikinin Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşü nəzərdə tutulub.