Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 12 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 9 göstəriş verilib.
Ümumilikdə 13 iş üzrə 31800 manat məbləğində cərimə tətbiq edilib. Yerin təkinin mühafizəsi sahəsində 3 akt və protokol tərtib olunub, 3 iş üzrə 2000 manat məbləğində cərimə tətbiq edilib.
Ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsinə görə 2 protokol tərtib olunub və 5 iş üzrə 20500 manat məbləğində cərimə tətbiq olunub. Floranın mühafizəsi sahəsində dəymiş ziyana görə 7 akt tərtib edilib, faunanın mühafizəsi üzrə isə 5 iş üzrə 9300 manat məbləğində cərimə tətbiq olunub.