Bu, bütün beynəlxalq konvensiyalara ziddir və buna heç bir beynəlxalq təşkilat tərəfindən icazə verilməyəcək. Onların sırasında ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) kimi nüfuzlu təşkilat da var. Bu barədə bazar ertəsi
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Bu aeroportun fəaliyyət göstərməsi üçün müvafiq sənədlərin alınması və ICAO tərəfindən təsdiqlənməsi lazımdır.
Azərbaycan artıq bu təşkilatı həmin aeroportdan uçuşların həyata keçirilməsinə yol verilməməsi barədə məlumatlandırıb.
Ermənistan tərəfi mayda Xankəndi şəhərində aeroport açmağı planlaşdırır.