Ermənistanda 111 mindən çox ailə yoxsulluq üzrə müavinət hesabına yaşayır

2012-ci il dekabrın 31-nə olan vəziyyətə görə, yoxsulluq üzrə müavinətlər və birdəfəlik maddi yardım alan ailələrin sayı 111 412 nəfərdir ki, onlardan 90,5 faizi yoxsulluq üzrə ailə müavinətləri alır. Trend-in məlumatına görə, bu barədə “Armenian Report” yazır.
Ermənistanın Əmək və Sosial Məsələlər Nazirliyinin Milli Statistika Xidməti tərəfindən dərc edilən yekun hesabata görə, Ermənistanın dövlət büdcəsində yoxsulluq müavinətlərinin və birdəfəlik maliyyə yardımlarının ödənilməsi üçün 37 milyard 105,8 milyon dram nəzərdə tutulsa da, faktiki olaraq 33 milyard 111,3 milyon dram ödənilib.
Xidmət ödənilməmiş məbləğin məhz hara yönəldildiyi barədə susur.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO