Ermənistan xarici işlər nazirinin müavini: “Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıya bilər”

Ermənistan Azərbaycanın separatçı Dağlıq Qarabağ bölgəsinin elan etdiyi müstəqilliyini tanıya bilər. APA-nın xəbərinə görə, bu bəyanatla Ermənistan xarici işlər nazirinin müavini Şavarş Köçəryan “Exo Moskvı” radiostansiyasına müsahibəsində çıxış edib.Ş. Köçəryan bu məsələnin heç vaxt istisna olunmadığını bildirib: “Amma biz hələlik danışıqlar prosesinin məntiqindən çıxış edərək gözləyirik. Əgər Azərbaycanın mövqeyi danışıqlar prosesini dalana dirəyərsə, o zaman heç nə istisna olmayacaq”.

Azərbaycanlı jurnalistin “Ermənistan münaqişənin sülh yolu ilə həllinə mane olmaqda davam etsə, Azərbaycan məsələni sürətli hərb yolu ilə həll edəcək” fikrinə cavab olaraq Ş. Köçəryan deyib ki, Azərbaycan hərb yoluna əl atsa, Dağlıq Qarabağın beynəlxalq aləm tərəfindən tanınmasını tezləşdirəcək: “Digər tərəfdən, Rusiyanın vasitəçiliyi ilə 1994-cü ildə imzalanmış atəşkəs haqda saziş hələ də qüvvədədir. Məncə, bu, bütün xalqların mənafeyinə uyğundur”.

Ermənistan XİN başçısının müavini bildirib ki, münaqişənin sülh yolu ilə həlli Azərbaycanın konstruktiv mövqeyindən asılıdır: “Bunun üçün Azərbaycan “ya hər şey, ya da müharibə” prinsipindən əl çəkməlidir”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO