Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub

Ermənilərin Qaradağlı kəndində törətdiyi soyqırım cinayəti haqqında kitab nəşr olunub Cümə günü Trend Beynəlxalq İnformasiya Agentliyinin konfrans zalında kitabın təqdimatı keçirilib. Tədbirdə çıxışı zamanı Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev deyib ki, Qaradağlıda Xocalıda törədilən soyqırıma bənzər hadisələr törədilib.

Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin icraçı direktoru, tarixçi Məhərrəm Zülfüqarlı bildirib ki, Qaradağlı kəndi tarixi türk yurdudur və orada baş verənlər tədqiq edilməlidir.

Qaradağlı kəndi Xankəndi və Xocavənd şəhərlərini birləşdirən yolun üzərində yerləşir. 800 evdən ibarət kənd əsasən ermənilərin məskunlaşdığı kəndlərlə əhatə olunmuşdu.
1992-ci ilin fevralın 17-də Sovet Silahlı Qüvvələrinin Xankəndində yerləşən 366-cı alayının şəxsi heyətinin birbaşa iştirakı ilə Qaradağlı kəndi işğal olunub. İşğal nəticəsində kənddə 90 nəfər şəhid olub, 6 nəfər itkin düşüb, 9 nəfər isə əsir götürülüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO