Erməınistan Silahlı Qüvvələrinə məxsus snayperin açdığı atəş nəticəsində Orta Qərvənd kənd sakini, 10 yaşlı Bədəlov Fariz Arif oğlu həlak olub.
Qarabağ bürosunun xəbərinə görə, düşmən gülləsi azyaşlının baş nahiyyəsindən zədələyib. Ailə üzvləri onu Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırmaq istəyərkən, F. Bədəlov yolda dünyasını dəyişib.
Düşmən gülləsi F. Bədəlovu yaşadıqları evin həyətində oynayarkən vurub.