«Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması» adlı layihənin icrasına başlanılmışdır.

“Xəzər – Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyəşdirilməsi ilə bağlı ikinci müsabiqədə iştirak etmiş və «Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması» adlı layihəsinin qalibi olmuşdur.

Layihə haqqında qısa olaraq bunu qeyd edə bilərik ki, bu layihə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində Cənubi Qafqazda hərbi-təhlükəsizlik, həmçinin hümanitar durum nöqteyi-nəzə­rindən çox ağır durum yaranmışdır və regionda sosial-iqtisadi problemlər tüğyan edir. Bununla bağlı məlumatların beynəlxalq ictimaiyyətə, onların qismində bey­nəlxalq təşkilatlara çatdırılması çox vacibdir. Əvvəl-axır bu problemlər beynəl­xalq qurumlar tərəfindən araşdırılacaqdır və ona görə də bu prosesə hazır olmaq lazımdır.

Tamamilə aydındır ki, Azərbaycan Respublikasının tərəqqisi yolunda başlıca maneə Ermənistan Respublikasının ona qarşı ərazi iddia­sı səbəbindən yaranmış və genişmiqyaslı hərbi təcavüzlə nəticələnən Ermənistan-Azərbaycan münaqişəsidir. Buna görə də dövlətin apardığı xarici siyasət məhz Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və erməni hərbi təcavüzünün ağır nəticələrinin aradan qaldırılması məsələsinə xüsusi diqqət yetir­mək­dədir. Layihə Ermənistanın apardığı işğalçılıq siyasətinin ilk növbədə regional təhlükəsizliyə təhdid kimi qiymətləndirilməlidir. Çünki bu daha geniş müharibəyə yol aça bilər, münaqişəyə yeni-yeni iştirakçılar cəlb oluna bilər. Ermə­nistan-Azərbaycan münaqişəsi eyni zamanda Azəbaycanda və regionda humanitar xarakterli çoxsaylı problemlər yaratmışdır. Bunlardan biri hər iki tərəfdən, xüsusilə Azərbaycan tərəfdən,  çoxsaylı qaçqın və məcburi köçkünlər ordusunun yaranması, işsizlik, səfalət və yoxsulluq problemləridir. Azərbaycanın ekologiyasına da vurulmuş ziyan Xalqımıza qarşı humanitar təhdiddir. Azərbaycan tərəfdən bir xeyli vətəndaş Ermənistan tərəfindən girov götürülmüş və onların taleyi hələ də məlum deyildir. Azərbaycanın işğal olunmuş əraziləri iqtisadi dövriyyədən çıxarılmış və orada yaşayan insanların maddi durumu kritik həddə çatmışdır. işğal olunmuş əraziləri ermənilər tərəfindən vəhşicəsinə istismar olunur və Azərbaycan Respublikasının büdcəsinə 20 ildən artıq müddət ərzində külli miqdarda ziyan dəyir.

«Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması» adlı layihənin icrası dövründə Ermənis­ta­nın işğalçılıq siyasəti və re­gio­­nal təhlükəsizlik proble­mi” adlı xüsusi ingilis dilində kitab nəşr olunması plan­laşdırılır.

Layihənin müddəti 20 aprel 2018-ci il tarixindən 20 avqust 2018-ci il tarixinədək (4 ay) dövrü əhatə edir. Layihənin əsas məqsədləri və vəzifələri aşağıdakılardır:

Layihənin əsas məqsədi – Azərbaycanda yaşayan qaçqın və məc­bu­ri köçkünlər üçün, eləcə də bütün azərbaycan xalqı üçün yeni müharibələrin, on­lar­dan yarana biləcək humanitar faciələrin qarşısını almaq məqsədilə dünya xalq­larını hərəkətə gətirmək.

Layihənin əsas vəzifəsi isə Ermənistanın Azərbaycana qarşı işğalına son qoy­maq, regionu müharibə teatrına çevirməkdən xilas etmək, insanları hu­ma­ni­tar faciə­lərdən qurtarmaq və regionda iqtisadi fəaliyyəti bərpa etmək.

Layihənin icra müddəti ərzində paytax­tımızda (Bakı şəhəri) və regionda (İsmayıllı və Ağsu rayo­nları) keçiriləcək tədbirlərin Azərbaycan xalqının inkişafında müsbət təsiri olacaqdır. Bu baxımdan layihə çərçivəsində konkret tədbirlər reallaşdırmaq daha məqsədə uyğundur və layihə çərçivəsində görüləcək işlər aşağıdakılardır:

1) Layihənin icrasına başlanılması, beynəlxalq təşkilatlarla əməkdaşlıq və kitabın nəşri:

Müvafiq materialların araşdırılması, “Ermənistanın işğalçılıq siyasəti və regional təhlükəsizlik problemi” adlı 150 səhifəlik kitabın hazırlanması, ingilis dilinə tərcümə edilməsi və nəşri həyata keçiriləcəkdir.

2) Bakı şəhərində, İsmayıllı və Ağsu rayonlarında görülən işlər barədə orada ya­şa­yan qaçqın və məcburi köçkünlərlə görüşlərdə hesabat verilməsi və kitabın pay­lan­ma­sı:

İştirakçı sayı ümumilikdə 210 nəfər olmaqla Bakı şəhərində, İsmayıllı və Ağsu ra­yon­la­rın­da tədbirlər keçiriləcək, iştirakçılara kitablar paylanılacaq və Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış re­gio­nal təhlükəsizlik izah edi­ləcəkdir. Tədbirlərin keçirilməsi barədə Azərbaycan Res­pub­likasının Prezidenti yanında Qeyri-Hökumət təşkilatlarına dövlət dəstəyi şu­ra­sı­na və Prezident Administrasiyasına məlumat veriləcək və məktub gön­də­ri­lə­cək­dir. Keçiriləcək tədbirlərə dövlət orqanlarının, KİV, beynəlxalq təşkilatların nü­ma­yəndələri və digər şəxslər dəvət olunacaqdır.

3) Layihə üzrə hesabatın hazırlanması və təqdim edilməsi:

Layihənin icrası zamanı həyata keçirilmiş işlər haqqında təşkil olunmuş müvafiq yer­də yekun iclas keçiriləcək və müvafiq dövlət strukturlarının və KİV-lərin nü­ma­yən­dələri, digər şəxslər dəvət olunacaqdır. Müvafiq sənədlər və materiallar top­la­na­raq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət təş­kilat­la­rı­na dövlət dəstəyi şurasına hesabat təqdim ediləcəkdir.

Layihənin icra müddəti ərzində və ondan sonrakı dövrdə Azərbaycan Respublikasının əhalisi və Azərbaycan Respublikasının müvafiq dövlət or­qanları – Konstitusiya Məhkəməsi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ombudsman, Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutu və ümumilikdə Azərbaycan Respublikasının vətəndaşları layihə çərçivəsində nəşr olunacaq kitabdan və Bakı şəhərində və bölgələrdə keçiriləcək tədbirlərdən fayda­lana­caqlar.

 

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO