Ermənistanda saxlanılan azərbaycanlı əsirdən xəbər var


Ermənistanda saxlanılan azərbaycanlı əsirdən xəbər var

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri Ermənistanda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər. Bu barədə Trend-ə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova bildirib.
BQXK rəsmisinin sözlərinə görə, başçəkmə zamanı azərbaycanlı əsirə onun ailəsi barədə məlumat verilib, eyni zamanda əsirdən ailəsinə çatdırılmaq üçün məlumat götürülüb.
Qeyd edək ki, 10 gün öncə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Draqan Rankoviçlə görüşündə demişdi ki, Ermənistanda saxlanan azərbaycanlı əsir Firuz Fərəcov ölkəsinə qayıtmaq istədiyini bildirib.
Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyulunda qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO