Ermənistan əsiri geri qaytaracaq
Ermənistan tərəfi əsir götürülən Azərbaycan hərbçisinin geri qaytarmağa razı olub.
Bu barədə müdafiə nazirinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovannsiyan məlumat verib. Onun sözlərinə görə, Azərbaycan hökumətinin qərarından asılı olmayaraq, Ermənistan əsiri geri qaytaracaq.
Ermənistan Azərbaycan tərəfinə əsir düşən Akop İnciqulyanın qarşılığında Firuz Fərəcovun qarşı tərəfə təhvil veriləcəyini də vurğulayıb:
“Biz azərbaycanlı əsiri sağ-salamat geri qaytarmaq üçün hərbi əsirlərə qarşı məsuliyyətimizi ifadə edən sazişlər imzaladığımız müvafiq beynəlxalq təşkilatlarla işləyəcəyik”. (qafqazinfo.az)