Bu ayın 27-dən 31-ə qədər Albaniyanın paytaxtı Tirana şəhərində NATO Parlament Assambleyasının növbəti sessiyası keçiriləcək. Bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, Azərbaycan nümayəndə heyəti sessiyanın işində fəal iştirak edəcək və son dövrdə cəbhə xəttində baş verən hadisələri tədbir iştirakçılarının diqqətinə çatdıracaq: “Təbii ki, son hadisələrlə bağlı, o cümlədən ermənilərin atəşkəsi intensiv pozması, dinc əhaliyə qarşı silahdan istifadə etməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları pozub status-kvonu saxlamağa cəhd etməsi, Azərbaycanın qaçqın və məcburi köçkün məsələsindən əziyyət çəkməsi və digər məsələlər qaldırılacaq”.