Ermənilər Rusiya hərbi bazasının çıxarılmasını tələb edirlər

Rusiyanın Ermənistandakı səfirliyinin binası qarşısında Gümrüdə bir ailənin qətlə yetirilməsi ilə bağlı etiraz aksiyası keçirilir.

Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, etirazçılar Rusiya hərbi bazasının ölkədən çıxarılmasını və Rusiyanın Ermənistandakı səfirinin geri çağırılmasını tələb edirlər.

Vətəndaşlar Rusiya Federasiyasından rəsmi izahat gözləyirlər. Etirazçılar hesab edirlər ki, Rusiya Ermənistan xalqından üzr istəməlidir.

Qeyd edək ki, ötən gün Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət ailə amansızcasına qətlə yetirilib. Qətli Rusiya bazasının hərbi qulluqçusu Valeri Pavloviç Permyakov törədib.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO