Yerevanda Dövlət Mühafizə Xidmətinin baş polisi Eduard A. və vətəndaş Onik M. əlbir olaraq İran vətəndaşını qarət ediblər.
Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, onlar borclarını qaytarmaq üçün 2014-cü il iyulun 12-də Rəna M.-in mənzilinə daxil olaraq 200 min dram dəyərində məişət əşyası oğurlayıblar.
Sentyabrın 1-də isə Onik M. Səfər D.-nin mənzilindən 600 min dram dəyərində geyim və qiymətli əşya oğurlayıb. Başqa İran vətəndaşlarının mənzillərində də oğurluq halları qeydə alınıb.
Faktlarla bağlı cinayət işi qaldırılıb.
Trend.az