Sinqapurda Naniyn Texnoloji Universitetinin alimləri unikal batareya hazırlamağa müvəffəq olublar. Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeni batareyalar 2 dəqiqə ərzində enerji ilə dolur.
Yeni nəsil batareyaları 20 ildən artıq müddətdə istifadə etmək mümkündür.
Alimlər iddia edirlər ki, bu ixtira sənayenin bir çox sahələrinə, o cümlədən elektromobillərin istehsalı sahəsinə təsir edəcək. Bundan savayı, batareyalar uzun müddət yararlı olduğundan toksik tullantıların azaldılmasına nail olunacaq. Çünki litium-ionlu batareyaların tez-tez dəyişdirilməsi toksin tullantıların yaranmasına səbəb olur.
Yeni növ akkumulyatorların iki il ərzində bazara çıxarılacağı gözlənilir