Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Monteneqronun Azərbaycanda akkreditə olunmuş səfiri Ramo Bradiçi qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanla Monteneqro arasında münasibətlərin yüksək səviyyədə olduğunu, bununla yanaşı, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün hüquq-müqavilə bazasının genişləndirilməsinin və hər iki ölkənin iş adamları arasında təmasların intensivləşdirilməsinin zəruriliyini bildirib.
R. Bradiç isə ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, hava daşımaları, enerji, turizm sahələrində ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüşdə regionda baş verən proseslər, həyata keçirilən nəhəng enerji layihələri barədə fikir mübadiləsi aparılıb. E. Məmmədyarov siyasi və iqtisadi münasibətlərlə yanaşı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin ikitərəfli münasibətlərə müsbət töhfələr verəcəyinə əminlik ifadə edib