Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə Rezident Əlaqələndiricisini qəbul edib

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə Rezident Əlaqələndiricisi Antoniues Broeki qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı regionda və ümumilikdə beynəlxalq aləmdə baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın xarici ölkələrdə humanitar fəaliyyəti yüksək qiymətləndirilib.
Görüşdə həmçinin, Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin Əfqanıstanda, eləcə də Afrika qitəsində həyata keçirdiyi humanitar layihələr təqdirəlayiq hal kimi qeyd olunub.
Tərəflər gələcəkdə Azərbaycanla BMT İP arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminlik ifadə ediblər.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO