Elmar Məmmədyarov Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib

Azərbaycanın xarici işlər naziri Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. Trend-in XİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində Alman-Azərbaycan Forumunun təşkil etdiyi qəbulda çıxış edib. Nazir Elmar Məmmədyarov bu il Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd olunduğunu bildirib və iki ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın olduğunu məmnunluqla vurğulayıb.
Almaniyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində tutduğu mövqeyi yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanın Almaniya ilə ikitərəfli münasibətləri mədəniyyət və humanitar sahələr də daxil olmaqla bundan sonra daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
Məmmədyarov Almaniya Federativ Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Qido Vestervelle ilə görüşüb. Görüşdə ikitərəfli münasibətlər, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı sülh prosesinin cari vəziyyəti və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu ətrafında müzakirələr aparılıb. Bu il iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 20 illiyinin qeyd edildiyi vurğulanıb və ötən illərdə yaradılmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin iki ölkə arasında gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm özül yaratdığı vurğulanıb.
Azərbaycan və Almaniyanın xarici işlər nazirləri həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyində duran məsələlər və qarşılıqlı maraq kəsb edən digər məsələlər ətafında fikir mübadiləsi aparmışlar.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO