Aviqdor Libermanın müdafiə naziri vəzifəsinə təyin olunması İsraillə Azərbaycan arasında münasibətləri daha da möhkəmləndirəcək.
Bunu Trend-ə İsrailli siyasətçi, Vaşınqtondakı Safadi adına Beynəlxalq Diplomatik və Sosial Mərkəzinin başçısı Mendi Safadi bildirib.
Onun sözlərinə görə, bu təyinat İsrailin daxili vəziyyətinə heç bir təsir göstərməyəcək, lakin Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın genişlənməsinə kömək edəcək, çünki Aviqdor Libermanın Azərbaycan rəhbərliyi ilə yaxşı şəxsi münasibətləri var.