Ekspert: İran gec-tez “Cənub qaz dəhlizi” layihəsinə qoşulacaq

İran gec-tez “Cənub qaz dəhlizi” layihəsinə qoşulacaq.

Bunu Trend-ə Şanxay Əməkdaşlıq Təşkilatı İşgüzar Klubunun İran departamentinin rəhbəri Aleksandr Şarov bildirib.

“Bunun yaxın vaxtda baş verməsi vacib deyil. İran mütləq bu layihədə iştirak edəcək. Lakin investisiya və infrastrukturla bağlı məsələ yaranır. Belə ki, böyük diametrli borulara, qaz kompressor stansiyalarına ehtiyac var. İran isə hələ sanksiyalar altındadır. Bu da onun lazımi materiallar almaq imkanlarını məhdudlaşdırır”, – deyə A.Şarov qeyd edib.

Onun sözlərinə görə, İran gələcəkdə TANAP-da pay hissəsi əldə edəcək: “Yəqin ki, bu, Rusiya ilə əlaqəli şəkildə olacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO