Bu gün Egey dənizinin Türkiyəyə məxsus hissəsində Rixter cədvəli üzrə 4,4 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı “TRT Haber” telekanalı xəbər verir. Türkiyə seysmik baxımdan aktiv zonada yerləşir və burada insan tələfatı ilə nəticələnən zəlzələlər tez-tez baş verir.
Trend.az