Edavard Nalbandyan həmsədrlərlə Ramil Səfərovun Azərbaycana qaytarılması və əfv olunması məsələsini müzakirə edib

Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, görüşdə ancaq bir məsələ – Ramil Səfərovun Azərbaycana qaytarılması və əfvi müzakirə edilib.
E. Nalbandyan buna kəskin etirazını bildirib, Azərbaycanın bu addımının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması səylərinə mənfi təsir göstərəcəyini deyib.

Qeyd edək ki, bu gün Parisdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun da həmsədrlərlə görüşü olacaq.

Ramil Səfərov avqustun 31-də Azərbaycana qaytarılıb, prezidentin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.

Apa.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO