ABŞ Suriyaya qarşı müdaxilə təşkil etməyəcək, biz yalnız bu ölkədəki müxalifətə qeyri-hərbi yardım göstəririk. ABŞ Dövlət departamentinin rəsmi nümayəndəsi Viktoriya Nuland belə bir bəyanatla çıxış edib. “Biz Suriyadakı münaqişədə iştiraka yalnız müxalifətə yardım etmək nöqteyi-nəzərindən baxırıq. Biz yalnız qeyri-hərbi yardımdan, təlimdən, rejimin nəzarətindən azad olunmuş bölgələrdə idarəetməni bərpa etmək istəyən suriyalılara kömək etməkdən danışırıq”, deyə Nuland bildirib.
Apa.az