DTXK bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktından narahatdır

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması faktından narahatdır.

Trend xəbər verir ki, Komitənin sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bəzi bələdiyyələrin bir torpaq sahəsini bir neçə dəfə satması halları var: “Mən bunu mütəmadi olaraq deyirəm. Bəzən elə bələdiyyələr olur ki, hətta qonşu sahələrə sərəncam verir”.

Q.Məmmədov deyib ki, bələdiyyədən sərəncam, möhürlü kağız almaq hüquqi sənəd demək deyil: “Sənəd o vaxt olur ki, onu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi təsdiqləyir və orada ilkin sənəd, yəni texniki pasport, kadastr planı var. Bundan sona o, sənəd sayılır”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO