DİN: Sosial şəbəkədə Ramil Usubovun adına açılan profil saxtadır


Son vaxtlar sosial şəbəkələrdən birində Azərbaycanın daxili işlər naziri Ramil Usubovun adına daha bir profil açılıb. Daxili İşlər Nazirliyi həmin profilin saxta olduğunu və Ramil Usubova heç bir aidiyyəti olmadığını bildirir.
“Xatırladırıq ki, bir müddət əvvəl də cənab nazirin adından “Facebook” sosial şəbəkəsində iki saxta profil yaradılmış və həmin profillərdə müxtəlif məzmunlu məlumatlar yerləşdirilmişdi. Sonradan onları yaradanlar müəyyən edilərək barələrində müvafiq tədbir görülmüşdü.
Qeyd etməyi vacib bilirik ki, yeni yaradılan profil də saxtadır və daxili işlər nazirinə heç bir aidiyyəti yoxdur”, – DİN-in mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda deyilir.
Daxili İşlər Nazirliyi nazirə birbaşa müraciət olunması üçün rəsmi elektron əlaqə vasitəsinin DİN-in internet saytı (mia.gov.az və ya din.gov.az) olduğunu bir daha diqqətə çatdırır.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO