Deputatlar uşaqların hüquqlarının müdafiəsi üzrə tədbirlərin gücləndirilməsini təklif edirlər

 Deputatlar uşaqların hüquqlarının müdafiəsi üzrə tədbirlərin gücləndirilməsini təklif edirlər “Uşaqların və qadınların hüquqlarının pozulması ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət etmələri guya, Azərbaycan xalqının mentalitetinə uyğun deyil. Belə yanaşma səhvdir”, – Milli Məclisin deputatı Gülər Əhmədova bildirib. Onun sözlərinə görə, baş vermiş son hadisə – uşağın valideynləri tərəfindən öldürülməsi uşaqların hüquqları ilə bağlı cəmiyyətdəki mənfi məqamları göstərdi. Əhmədova mobil telefonlara DİN orqanlarına, ombudsmana zənglər üzrə düymənin əlavə edilməsini təklif edib.

Deputat Fazil Mustafa öz çıxışında bildirib ki, insan haqlarının təmin olunması ilə bağlı kifayət qədər qanunlar qəbul edilib, lakin bəzən onların tətbiqi mexanizmləri olmur. Onun sözlərinə görə, dövlət uşaqların hüquqlarının müdafiəsi ilə ciddi məşğul olmalıdır.

Deputat Tahir Rzayev bildirib ki, Cinayət Məcəlləsində bilərəkdən qətlə görə cəza sərtləşdirilməlidir. Onun sözlərinə görə, azyaşlı uşağın qatili ömürlük həbs cəzası almalıdır.
Bu günlərdə Bakıda beş yaşlı uşaq atası və ögey anası tərəfindən amansızcasına döyülməsi nəticəsində dünyasını dəyişib

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO