Deputat: Dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirilir

Deputat: Dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirilirPrezident İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dövləti və xalqı bir neçə illərdir ki, dünya ölkələrini bürüyən iqtisadi, maliyyə və siyasi böhrandan maksimum dərəcədə qoruna bilib. Bunu Trend-ə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycan dünya iqtisadiyyatının bir hissəsidir: “Əlbətdə dunya iqtisadiyyatında, dünya siyasətində baş verən neqativ hadisələr Azərbaycana da öz təsirini göstərir. 2015-ci ildə umumidünya böhranı bir qədər də dərinləşdi. Buna baxmayaraq Azərbaycan iqtisadiyyatı inkişaf edib”.

R.Əliyev bildirib ki, Azərbaycan höküməti böhranın təsirlərindən dövləti və xalqı qorumaq üçün, onun təsirlərini minimuma endirmək üçün müvafiq tədbirləri həyata keçirib və keçirməkdədir:

“Azərbaycan höküməti əvvəlki illərdə olduğu kimi yaranmış çətinliklərin aradan qaldırılması üçün lazımı tədbirləri həyata keçirir və bundan sonra da dövlət tərəfindən anti-böhran tədbirləri həyata keçirəcək. Prezident İlham Əliyev yaranmış çətinliklərin aradan qaldırılması yolları ilə bağlı öz fikirlərini Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasdakı çıxışında bildirib və müvafiq qurumlara tapşırıqlar verib”.

R.Əliyev deyib ki, 2016-cı ildə qeyri-neft sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yerli istehsalın, o cümlədən kənd təsərufatı məhsullarının və istehlak mallarının istehsalının artırılması nəzərdə tutulub:

“Vergi məcəlləsinə edilmiş dəyişiliklər vergi tutma bazasının genişləndirilməsinə imkan verəcək. Gömrük rəsmiləşdirilməsi ilə bağlı qəbul edilmiş qərarlar bütün idxal-ixrac əməliyyatlarının tam şəffaf aparılmasına, inhisarçılığın qarşısının alınmasına şərait yaradacaq”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO