Bu gün Daxili İşlər Nazirliyində 2012-ci ilin yekunlarına dair kollegiya iclası keçirilir. Trend-in məlumatına görə, kollegiyaya daxili işlər naziri Ramil Usubov rəhbərlik edir. Rayon, şəhər Polis idarələrinin rəislərinin iştirakı ilə keçirilən kollegiyada ölkədəki kriminogen durum müzakirə olunur.
Bundan başqa, mülkiyyət əleyhinə cinayətkarlıqla mübarizə, cinayətlərin açılma faizi, bağlı qalan cinayətlər, yol-nəqliyyat hadisələrinin sayının azadılması üçün müvafiq işlərin gücləndirilməsi kimi məsələlərdə müzakirə mövzularıdır.