Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin yekunlarına həsr edilmiş kollegiya iclası keçirilib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sədrliyilə Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) 2017-ci ilin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilib.

İclasda kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak ediblər.

Tədbirdə hesabatlar dinlənilib. Kollegiyada 2017-ci ildə ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər, 2018-ci ildə görüləcək işlər, qarşıda duran vəzifələr müzakirə olunub.

Report.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO