Davosda Azərbaycan və İsveçrə prezidentlərinin görüşü olub

Yanvarın 24-də Davosda Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerin görüşü olub.
Görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Ölkələrimiz arasında əlaqələrin müxtəlif sahələrdə, xüsusilə də enerji sektorunda inkişaf perspektivlərinin önəmi vurğulandı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparıldı.
Prezident Ueli Maurer son illərdə Azərbaycanın qazandığı yüksək iqtisadi nailiyyətlərə görə Prezident İlham Əliyevi təbrik etdi.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO