ƏDALƏT PARTİYASININ 92 SAYLI DAİRƏNİN MƏNTƏQƏ KOMİSSİYALARINDAKI YERLƏRİ ƏLİNDƏN ALINIB


92 saylı Zərdab-Ucar seçki dairəsinin bütün məntəqə seçki komissiyalarında Ədələt Partiyasına ayrılan yerlərin hamısı partiyaya ümumiyyətlə heç bir aidiyyəti olmayan adamlara verilib. Bunu «Media forum» saytına partiyanın Zərdab rayon təşkilatının sədri, hüquqşünas Əlaif Həsənov deyib.
O bildirib ki, Ədalətə seçki məntəqələrində təmsil olunmaq üçün əvvəlcədən 21 yer ayrılıb: «Bu yerlərə partiyanın yerli təşkilatına heç bir məlumat vermədən hakimiyyətin məsləhət bildiyi adamları təyin ediblər. Mən bununla bağlı Dairə Seçki Komissiyasına sorğu göndərmişəm. Lakin mənə göndərilən cavabda püşkatmanın necə keçirlməsinə heç bir aydınlıq gətirilməyib».
Ə.Həsənov artıq Mərkəzi Seçki Komissiyasına müraciət etdyini bildirib: «Problem həll olunmasa, məhkəməyə müraciət edəcəm. Çünki MSK da 92 saylı dairəyə Ədalət Partiyasının üzvü olmayan bir adamı nümayəndə kimi göndərməklə qanunsuzluğa yol verib. Mənim şikayətlərimdən sonra isə deyiblər ki, Ədalətin ümumiyyətlə dairədəki yeri ləğv olunub. Qanuna görə, püşkatma bir dəfə keçirilir. Əgər püşkatmada həmin yerlər partiyamıza düşübsə, sonradan bunu necə ləğv etmək olar?»
Ədələt Partiyasının Zərdab rayon təşkilatının sədri bütün bunların aradan qaldırılması üçün Şirvan Şəhər Apellyasiya Məhkəməsinə iddia ərizəsi hazırlayır: «Ümumiyyətlə parlament azlığı üçün nəzərdə tutulan yerlərin hamısı başqa qurumların nümayəndələrinə verilib».

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO