Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması bütün regionun inkişafına mane olur

– Azərbaycana gözlənilən səfəriniz zamanı hansı məsələləri müzakirə etməyi planlaşdırırsınız? Azərbaycanla Litva arasında çoxtərəfli əməkdaşlığın prioritetləri hansılardır?
Azərbaycan Litvanın Cənubi Qafqazda əhəmiyyətli tərəfdaşıdır. Litva və Azərbaycan arasında dioloq çox aktivdir və müxtəlif səviyyələrdə inkişaf edir. Litva XİN rəhbəri hələ bir ay bundan əvvəl rəsmi səfərlə Bakıda olub.
Bu dəfə mən Cənubi Qafqaz və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı Ümumdünya İqtisadi Forumunda iştirak etmək, həmçinin Litva və Azərbaycan arasında iqtisadi əməkdaşlığı müzakirə etmək üçün gəlmişəm. Mənimlə birlikdə Bakıda müştərək biznes forumda iştirak etmək üçün litvalı sahibkarlardan ibarət nümayəndə heyəti gəlib.
– Litva 2013-cü ilin ikinci yarısından Avropa İttifaqı Şurasına sədrlik edəcək. Ölkə üçün hansı məsələlər prioritet olacaq? Litva Aİ mandatına uyğun aparılan Azərbaycan və Aİ arasında gedən viza rejiminin və readmisiyaların sadələşdirilməsi prosesinin sürətlənməsində hansı köməkliklər göstərə bilər?
– “Şərq Tərəfdaşlığı” Litvanın Aİ Şurasına sədrliyi dövründə əsas prioritetlərdən biridir. Biz əminik ki, Azərbaycanın Şərq tərəfdaşlığı siyasətində aktiv iştirakı Azərvaycanın yerli maraqlarına uyğun gəlir. Litva Azərbaycanın Aİ-na inteqrasiyasının dərinləşməsini tam şəkildə dəstəkləyir.
Biz nail olmağa çalışırıq ki, Vilnüsdə keçirləcək “Şərq Tərəfdaşlığı” zirvə toplantısında Azərbaycanla bağlı iki istiqamətdə əhəmiyyətli inkişafln olduğu qeyd edilsin: Assosiya ilə bağlı Azərbaycan və Ai arasında aparılan damışaqlarda əhəmiyyətli sıçrayışa və Azərbaycanla Aİ arasında viza rejininin və readmisyaların sadələşdirilməsinə dair danışıqların mümkün tamamlanmasına nail olmaq. Amma bununla bağlı həm Aİ, həm də Azərbaycan tərəfi səy göstərməlidir.
– Dağlıq Qarabağ münaqişəsinin həll olunması prosesi artıq iki onillikdir ki, davam edir. Avropa İttifaqı Şurasına sədrlik zamanı bu münaqişənin nizama salması üçün Vilnüs hansı təşəbbüslər göstərməyi planlaşdırır?
– Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasından başqa alternativi yoxdur. Həll olunmayan münaqişə bütün regionun inkişafına mane olur. Biz ATƏT-in Minsk qrupunun münaqişənin uzunmüddətli və sülh yolu ilə həll olunması üçün axtarışlarını qiymətləndiririk, bununla yanaşı biz əminik ki, Azərbaycanın Aİ-na sonrakı inteqrasiyasının dərinləşməsi münaqişənin həllinə kömək edə bilər.
– Siz Azərbaycan və Litva ilə investisiya əməkdaşlığını necə qiymətləndirisiniz və vergi sahəsində dörd razılaşmanın imzalanması qarşılıqlı investisiyaların genişlənməsinə necə təsir edəcək?
– Azərbaycan Litvaya yatırılan birbaşa xarici investisiyaların həcminə görə 56-cı yeri tutur. Azərbaycana yatırılan birbaşa investisyaların həçminə görə isə Litva bütün xarici investisyalarına müqayisədə 35-ci yeri tutur. Bizim ölkələr əlavə qarşılıqlı investisayaların cəlb olunması sahəsində işlər görməlidir. Biz hesab edirik ki, azərbaycanlı sahibkarlar üçün Litvanın sağlamlıq mərkəzlərinə, hotellərə və digər turizm infrastrukturuna sərmayə yatırımı maraqlı olar.
Bizim vergi sahəsində, əsasən də vergi ödəyicilərinin qeydə alınması və uçota salınması, vergilərin ödənilməsindən yayınma halları ilə mübarizə, elektron vergi bəyannaməsi və informasiya mübadiləsi, əməkdaşlığımız bizim investisiya mühitimizi şəffaf edir və daha çox qarşılıqlı investisiya cəlb etməyə kömək edir.
– İki ölkə arasında aparılan idxal-ixrac əməliyyatları onların potensial imkanlarına cavab vermir. Gələcəkdə onun şaxələndirilməsi və ticarət dövriyyəsinin artırılması üçün hansı tədbirlər görülür?
İki ölkə arasında mal dövriyyəsi daim artır. 2012-ci ildə ötən illə müqayisədə ticarət dövriyyəsi 34 faiz artaraq 49 milyon ABŞ dollarına çatıb. Litvanın Azərbaycana ixracı ötən il 52 faiz artaraq 45 milyon ABŞ dolları təşkil edib. Ötən il ölkələr arasındakı ticarət dövriyyəsi son 5 il ərzində ən yüksək göstəriciyə çatıb. Lakin bununla bizim potensialımız bitmir. Bizdə Azərbaycan və Litva arasında dövlətlərarası ikitərəfli komisiyya fəaliyyət göstərir. Bu format iqtisadi əməkdaşlığın ən aktual məsələlərini müəyyən etməyə imkanı veirir. Komissiya sənaye, energetika və nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm, təhsil, səhiyyə, həmçinin kommunikasiya və informasiya texnologiyaları kimi sahələrdə ikitərəfli əməkdaşlığın əsaslarını hazırlayır.
Ticarət dövriyyəsini artırmaq üçün ölkələrimiz özlərinin müqayisəli üstünlüklərindən istifadə etməlidir. Biz Litva və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üçün yeni texnologiyalar, yeyinti məhsullarının ixracı, layihələndirmə, tikinti və tikinti məhsulları, həmçinin emal olunan ağac məhsullarının ixracı sahəsində yaxşı prespektivlər görürük. Litva, həmçinin turizm, xüsusən də səhiyyə və sağlamlıq sahəsində böyük prespektivlər görür.

Trend.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO