Ukrayna Xarici İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Ukraynaya məxsus “Boeing-737” təyyarəsi Tripolidən Kiyevə 94 nəfər gətirib.
Onlar arasında 50 Ukrayna, 19 Rusiya, 14 Azərbaycan, 4 Qazaxıstan, 3 Qırğızıstan, 2 Belarus, 1 Bosniya və Herseqovina və 1 Türkiyə vətəndaşı olub.
Xatırladaq ki, fevralın 23-də Ukraynaya məxsus təyyarə ilə 10 Azərbaycan vətəndaşını Liviyadan evakuasiya edilmişdi.