Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu “Dünya ölkələri” adlı ensiklopediya açıq satışdadır

Rusiya paytaxtı Moskvanın kitabxanalarında Azərbaycanın Ermənistan tərəfindən işğal olunan əraziləri, o cümlədən Dağlıq Qarabağla bağlı yalan məlumatların əks olunduğu “Dünya ölkələri” adlı ensiklopediya açıq satışdadır.

2015-ci ildə 3000 nüsxədə çap edilən nəşrin buraxılışa məsul redaktoru S.Radelovdur.

Sankt-Peterburqun “SZKEO” nəşriyyatının kitabı həmçinin Rusiyanın bir sıra internet-mağazalarında satılır.

Ermənipərəst ensiklopediyada Azərbaycanın Xankəndi şəhəri “Stepanakert” kimi təqdim olunub və orada 53 min nəfərdən çox əhalinin yaşadığı iddia edilib, qondarma respublikada isə ümumilikdə 146 min nəfərdən çox insanın yaşadığı bildirilib. Təbii ki, digər məsələlər kimi, Qarabağın tarixi ilə bağlı məlumatlar da erməni separatçılarının xeyrinə təhrif olunmuş şəkildə verilib.

Xatırladaq ki, Azərbaycan ərazisində formalaşdırılmış separatçı quruluşu dünyanın heç bir ölkəsi, təşkilatı, o cümlədən Rusiya və elə Ermənistanın

Report.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO