Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün ən yaxşı yol Azərbaycan və Ermənistan prezidentləri arasında birbaşa dialoqun davam etdirilməsi və münaqişənin yekun həlli üzrə konkret təklif və yanaşmaların müzakirəsidir.
Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Moriniqstar deyib.
Səfirin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin həlli üçün vasitəçilik səylərini və tərəflərə kömək etməyi davam etdirəcək.
R.Morninqstar bildirib: “Prezidentlər İlham Əliyev və Serj Sarkisyanın noyabrın əvvəlində baş tutan görüşü çox yaxşı faktdır. Bütün əlamətlər deməyə əsas verir ki, bu görüş yaxşı və konstruktiv keçib”.