Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan məhkuma narkotik vasitə ötürülməsinin qarşısı alınıb. Bu barədə APA-ya Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib. Məlumata görə, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirli bilinərək 8 il azadlıqdan məhrum edilən 1961-ci il təvəllüdlü İslamov Elşad Adil oğlunun yanına qısamüddətli görüşə gələn xalası qızı 1966-cı ildə anadan olan, Bakı şəhər sakini Bağırova Sevinc Bağır qızının üzərinə baxış keçirilərkən, ondan çəkisi 9, 833 qram olan narkotik vasitə – heroin aşkar edilərək götürülüb. Fakt üzrə təhqiqat aparılır.