İP-dən verilən məlumata görə, yığıncaqda qərarların icra vəziyyəti, istimai-siyasi vəziyyət, 2 aprel mitinqinə hazırlığın vəziyyəti, İctimai Palatanın rayon (şəhər) təşkilatlarının fəaliyyəti haqqında Əsasnamənin qəbul edilməsi və cari məsələlər müzakirə edilib.
Müzakirələrdən sonra 2 aprel mitinqinin hakimiyyət tərəfindən icazə verilmədiyini əsas gətirən Koordinasiya Şurası saat 1400-da “Fəvvarələr” bağında keçirilməsi haqqında qərar qəbul edib.
Koordinasiya Şurası mitinqöncəsi müxalifət fəallarının həbsini pisləyən və dərhal belə hallara son qoyulmasını tələb edən bəyanat da qəbul edib.
Koordinasiya Şurası İctimai Palatanın rayon (şəhər) təşkilatlarının fəaliyyəti haqqında Əsasnaməni də təsdiqləyib.