Çox güman ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu yay ölkə prezidenti postuna namizədliyini irəli sürəcək. Trend Todayszaman qəzetinə istinadən bu barədə hakim Ədalət və inkişaf partiyasının (AKP) rəhbərinin müavini Hüseyn Çelik bildirib.
Onun sözlərinə görə, həm ölkə prezidenti, həm də baş nazir birbaşa ümumxalq səsvermə yolu ilə seçilsə, bu fakt hökumətdə xaos yaratmamalıdır.
“Mən hesab edirəm ki, prezidenti birbaşa səsvermə yolu ilə seçmək lazımdır. Onda prezident və baş nazir münaqişə yaratmayacaqlar fikri ilə razı deyiləm”, – Çelik deyib.
O, əlavə edib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ədalət və inkişaf partiyasından bir nömrəli namizəddir.