Corc Buş prezident İlham Əliyevi təbrik etdi

Corc Buş prezident İlham Əliyevi təbrik etdiABŞ prezidenti Corc Buş yenidən Azərbaycan prezidenti seçilməsi münasibətilə İlham Əliyevi təbrik edib. Prezidentin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Corc Buş ən xoş arzularını yetirdiyini bildirib: “Gələcək bir neçə aylıq müddətə nəzər salaraq, biz ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq və dostluq münasibətlərinin dərinləşməsinə çalışacağıq. Biz xüsusilə ümumi enerji təhlükəsizliyi sahəsində məqsədlərimizdə irəliyə doğru addımların atılmasına və Dağlıq Qarabağ münaqişəsinin həllində təməl prinsiplərlə bağlı razılığın əldə olunmasına ümid edirik. Biz, həmçinin Azərbaycanın demokratik təsisatlarının möhkəmləndirilməsi istiqamətində göstərdiyi səylərini dəstəkləyirik. Mən əməkdaşlığımızın davam etdirilməsini səmimiyyətlə arzulayır, Azərbaycana davamlı sülh və müvəffəqiyyətlər diləyirəm”.

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO