“Coca-Cola” Azərbaycandakı bəzi məhsullarının qiymətini artırır

“Coca-Cola” Azərbaycandakı bəzi məhsullarının qiymətini artırır “Azərbaycan Coca-Cola Bottlers” MMC yanvarın 24-dən etibarən istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiymətini artıracaq.

“APA-Economics”in məlumatına görə, bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.

Belə ki, şirkət qazlı və qazsız içkilərin qiymətini 10-20 qəpik bahalaşdıracaq.

Qiymətlər mərhələli şəkildə bu cür reallaşdırılacaq:

– 0,5 lt plastik qabda qablaşdırılan “Cappy” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Fuse tea” içkisinin tövsiyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Burn” içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə

– 0,5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə

– 2 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazlı və qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə

– 5 lt plastik qabda qablaşdırılan “Bonaqua” (qazsız) içkisinin tövsiyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

APA.az

Ünvan: M.Mirqasımov 4/41 Bakı AZ 1007, Azərbaycan

Tel/Fax : (+994 12) 441 09 24

Qaynar xətt”-lər: 408-30-17/27

Pulsuz: (088) 408-30-17/27

E-mail: [email protected]

1905.az STUDIO