Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı nəticəsində bir milyondan artıq azərbaycanlı öz evlərindən qovulub. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə parlamentinin spikeri Cəmil Çiçək Beynəlxalq İnsan Hüquqları Gününün 64-cü ildönümü münasibətilə müraciətində bildirib.
Onun sözlərinə görə, işğal nəticəsində bir milyon azərbaycanlının hüquqları pozulub.
Spiker beynəlxalq ictimaiyyəti dünyada insan haqlarının pozulmasına dqqət yetirməyə çağırıb.
Trend.az