Bu gün Milli Məclisin növbədənkənar sessiyasının iclası keçiriləcək. İclasda “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılacaq, “Bədən tərbiyəsi və idman haqqında” qanun layihələri ikinci oxunuşda, “Təhsil haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq, “Büdcə sistemi haqqında”, “Azərbaycan Respublikasının Milli Bankı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda, eləcə də Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər ediləcək.
Bundan başqa, iclasda “Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında”, “Hacıqabul rayonunun Abdulyan kəndinin adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında bələdiyyələrin birləşmə yolu ilə yaradılması haqqında” qanun layihələrinə baxılacaq, “Fərdi məlumatlar haqqında” qanun layihəsinə birinci oxunuşda münasibət bildiriləcək.
ANS PRESS