Bu gün Azərbaycanda «İnsan hüquqları günü» kimi qeyd olunur. 1998-ci il iyunun 18-də Heydər Əliyev tərəfindən «İnsan hüquqlarını müdafiə haqqında dövlət proqramı» təsdiqlənib. Proqramın qəbulunu və insan hüquqlarının təminatının dövlət siyasətinin əsas istiqaməti olmasını nəzərə alaraq prezident İlham Əliyev 2007-ci ildə 18 iyunun hər il «İnsan hüquqları günü» kimi qeyd olunması barədə sərəncam verib.